Xəbərlər 20.02.2023 20:28 1194

ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinə nələrin daxil olacağı məlum olub - ÖZƏL

Pentaqon bildirib ki, ABŞ Kiyevə 460 milyon dollarlıq yeni hərbi yardım paketi ayıracaq, bu paketə HIMARS çoxsaylı reaktiv yaylım atəşi sistemləri və artilleriya mərmiləri, Javelin sistemləri və Bradley piyada döyüş maşınları daxildir.

QHT.az xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Bayden administrasiyası Ukraynaya əlavə hərbi yardım elan edir: HIMARS raket qurğuları üçün əlavə sursat, əlavə 155 mm-lik artilleriya mərmiləri, 120 mm-lik minaatan mərmiləri, dörd hava müşahidə radarı, əlavə Javelin sistemləri, 2000-ə yaxın zirehli deşici raket, dörd Bradley İFV”, - deyə məlumatda qeyd olunub.

Göstərilən yardımın məbləğinin 460 milyon dollar olacağı qeyd edilir.

Bundan əvvəl RİA Novosti ABŞ və müttəfiqlərinin Ukraynaya 700-ə yaxın tank və mindən çox zirehli texnika ötürmək niyyətində olduğunu yazmışdı.

Amerika dövlət başçısı müvafiq planları bazar ertəsi, fevralın 20-də Kiyevə səfəri zamanı açıqlayıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı