Xəbərlər 23.02.2023 12:11 1381

İsveçdən Türkiyə bəyanatı: NATO-ya üzvlük tarixi bəlli oldu - ÖZƏL

Türkiyənin NATO üzvlüyünə təsdiqini gözləyən İsveçdən yeni açıqlama gəlib. ABŞ televiziyasına danışan İsveçin xarici işlər naziri Tobias Billström üzvlük prosesini parlaq şəkildə dəyərləndirib. Billström də üzvlük üçün bir tarix verdi.

QHT.az xəbər verir ki, Ukrayna müharibəsindən sonra NATO-ya üzv olmaq üçün addımlar atan İsveç iyulda baş tutacaq sammitə göz dikib.

İsveç xarici işlər naziri Tobias Billström üzvlük prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

ABŞ mərkəzli CNBC telekanalına danışan Billström, Ankara ilə yaşanan gərginliyi nəzərə alaraq, İsveçin üzvlüyünün həqiqətən baş verib-vermədiyi sualına “Əlbəttə, olacaq” cavabını verib.

Artıq NATO üzvü olan 30 ölkədən 28-dən razılıq aldıqlarını vurğulayan Billström, ölkəsinin NATO-ya üzvlüyünün artıq zaman məsələsi olduğunu bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı