Xəbərlər 04.03.2023 19:13 3316

 “İlkin tibbi yardım” kursuna qeydiyyat davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov metrosunun yaxınlığında “İlkin tibbi yardım” kursuna qeydiyyat davam edir. 

Dinləyicilər kurs üzrə keçirilən təlim məşğələlərində sağlamlığı təhlükəyə məruz qalmış hər bir kəsə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı bacarıq və vərdişlər əldə etməklə yanaşı, yüksəkixtisaslı həkim və psixoloqların, peşəkar tibb işçilərinin təcrübəsindən bəhrələnə bilərlər. 

Kursa yazılmaq istəyənlər şəxsiyyət vəsiqəsinin surətini və 3X4 ölçüdə fotoşəkil təqdim etməlidirlər. 

Kursu bitirənlərə dövlət qeydiyyatlı şəhadətnamə (sertifikat) təqdim olunur. 

Əlavə məlumat əldə etmək üçün (055) 743 44 49 mobil telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Xanımlarımızı gündəlik həyatda hər birimizin üçün vacib və faydalı olan ilkin tibbi yardım bacarıqlarına yiyələnməyə dəvət edirik.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı