Xəbərlər 13.03.2023 22:59 1508

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı məlum oldu

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb.

 

QHT. az Oxu.az -a istinadən xəbər verir ki, bu barədə i24 telekanalı məlumat yayıb.

 

Məlumata görə, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı