Xəbərlər 14.03.2023 13:32 2255

Fransanın Korsikaya qarşı dil siyasəti mədəni müxtəlifliyə qarşı qəsddir - QHT sədri

Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi terroru dövlət siyasətinə çevirən dövlətdir.  Fransanın qanlı keçmişinin ən qara səhifəsi Əlcazairdə həyata keçirdiyi soyqırımdır. 1962-ci ildə müstəqliyini elan edən Əlcazairə qarşı soyqırım həyata keçirən Fransa dövlətinin etdiyi cinayətləri ayrı-ayrı şəxslər səviyyəsində özləri də etiraf edirlər. Əlcazair soyqırımında iştirak etmiş fransız komandir Jasques Massudun etiraf  edir ki, fransız əsgərləri  Əlcazairli qadınları zorlayandan sonra onlarla "xatirə" fotosu çəkdirirdilər (https://www.youtube.com/watch?v=Vc0jymD445U) . 

         Farnsa işğal etdiyi Cibuti, Nigeriya, Çaddada soyqırım cinayətləri törətmiş   məscid və mədrəsələr dağıdaraq alimləri qətlə yetirməklə öz çirkin niyyətlərini həyata keçirmişdirlər. Fransa XIX əsrdə müstəmləkə müharibələrində öldürülmüş döyüşçülərin 18 min nəfərin kəllə sümüyü Parisin “İnsan muzeyində” saxlanılır.  Əlcəzairlilər onlara məxsus  bu kəllə sümüklərini rəsmi qaydada  geri istəməsinə baxmayaraq  Fransa  hələ də  bu məsələ ilə bağlı heç bir tədbir görməmişlər.

Fransa dövləti öz beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə dünya birincisidir desək yanılmarıq. 1973-cü ildə Amerikada başlayan türk diplomatlarına qarşı həyata keçirilən terror aktları bir müddətdən sonra Fransaya transfer etdi.  24 oktyabr 1975-ci il tarixndə Türkiyənin Parisdəki səfiri İsmail Erez və sürücüsü Talip Yener səfirlik yaxınlığında terrora məruz qaldılar.

FRANSA PREZİDENTLƏRİ TERRORA DƏSTƏK VERİR

27 may 1974-cü il tarixdən 21 may 1981-ci il tarixədək Fransanın Prezidenti olmuş milliyətçi Valéry Giscard d’Estaing Fransa da ermənilərin türk diplomatlarına qarşı terrorunun intensivləşdiyi 1975-ci ildə terrora münasibət bildirərkən belə söyləmşdir: “Fransa ermənilərin tarixi haqlarını tələb etmək və onlara qarşı edilmişlərin qisas almaq cəhdlərinə qarşı çıxmayacaq”.
Bir ölkənin prezidentinin dilində terrora açıq dəstək vermək analoqsuz hüquqi nihilizmin ən bariz nümunəsidir. Fransa Prezidentinin açıqlamalarından ruhlanan erməni terrorçuları türk diplomatlarına qarşı terorru daha da genişləndirdi.  22 dekabr 1979-cu il tarixində Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan bir terroristin basqını nəticəsində qətlə yetirildi. 4 mart 1981-ci il tarixində Türkiyənin Parisdəki səfirliyinin attaşesi Reşat Morali ilə dini işlər üzrə müşavir Tecelli Arı erməni terrorçuları tərəfindən qətlə yetirildilər. Bu artıq türk diplomatlarına qarşı Fransa ərazisində  həyata keçirilən 3-cü terror aktı idi. Bundan sonra Türkiyə Fransaya qarşı rəsmi nota verdi. Lakin terror aktları yenə də davam etməkdə idi. 24 sentyabr 1981-ci il tarixində 4 erməni terrorist Türkiyənin Paris Başkonsulluğu ilə mədəniyyət attaşesinin oturduğu binada 56 türkü girov götürdü. Terrorçulara müdaxilə etmək istəyən mühafizəçi Cemal Özeni yerindəcə öldürdülər. Baş konsul Kaya İnalı yaraladılar. Erməni terrorçuları Türkiyədə “siyasi məhbus” olan 12 nəfər erməninin Parisə gətirilməsini tələb etdilər. İstəklərinin qəbul edilməyəcəyini anlayan terrorçular 15 saat sonra polisə təslim oldular. Terroru ASALA təşkilatı  öz üzərinə götürdü. Hadisəni törədən 4 erməni terrorçu  Vazken Sakosesliyan, Kevork Abraham Gözliyan, Aram Avedis Basmaciyan və Agop Abraham Turfanyan 31 yanvar 1984-cü il tarixində Fransa məhkəməsi qətl və terorr aktını həyata keçirən cinayətkarlara çox yüngül cəza verdi cəmi 7 il  azadlıqdan məhrumetmə cəzası verildi.  

 Bu eybəcər tarixi varislik Farnsa Prezidenti Emanuel Macronun vaxtında da eyni “uğurla” davam etdirildi.

Bu günlərdə (4.03.23-cü il tarixində Kinşasada) Ruanda dövlət başçısı Felix Tshisekedi Fransa Prezidenti E.Macronla birgə keçirdiyi brifinqdə 1994-cü ildə xalqına qarşı həyata keçirilən soyqırımda Fransanın təqsirkar olduğunu deməsi Makronun diplomatik nəzakət qaydalarına sığmayan isterik hərkətlər etməsinə səbəb oldu. Sadaladığımız tarixi gerçəklik  göstərilənlər Fransa dövlətinin öz beynəlxalq öhdəliklərinə və Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə qəsd edən ölkə halına gəlib.

     Zorla Fransa ərazisinə qatılmış  Korsika  dilinə qarşı həyata keçirilən siyasət də Fransanın “tarixi ən-ənlərə” sadiq olduğu göstərir. Milli etnik kimliyin ən vacib ünsürü dil ünsürdür. Asimiliyasiyanın birinci şərti məhz milli dilin aradan qaldırılmasıdır. Milli dil etnosun mədəniyyətinin mayasını təşkil edir. YUNESKO tərəfindən dünyada mədəni müxtəlifliyin təmin olunması milli kimliklərin mühafizəsi ilə bağlı həyata keçirilən mədəni prioritetlərdən birir də məhz məhv olmaq təhlükəsi olan dillərin qorunmasıdır.  Yüz əlli min insanın danışdığı   Korsika dili YUNESKO tərəfindən yox olmaq təhlükəsi altında olan dillər qrupuna daxil edilib. 

Seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər edən Emmanuel Makron Regional Dillər üzrə Avropa Xartiyasının ratifikasiyasını üzərinə götürməsinə baxmayaraq deyib: “Respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu dəyişməməlidir”.

Sözügedən  Xartiyanın imzalanması və təsdiqlənməsi dil siyasəti ənənəvi olaraq vahid xarakterə sahib olan Fransadakı siyasi qarşıdurmaların mövzusu idi. Lakin digər məsələlərdə olduğu kimi bu məsələdə də Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən imtina edir. Bu acıqlamadan sonra regional Korsika dili ilə bağlı millətçilərin tələbinə son qoyub.

Qeyd etmək lazımdır ki, “Corsu” və ya “Lingua Corsa” adlanan Korsika dili İtaliyanın Toskana vilayətində danışılan İtalyan dilinin bir qoludur. Korsika dili təkcə Korsikada deyil, İtaliyanın Sardiniya adasında da istifadədir. Korsika dilinin fransız dili ilə ortaq rəsmi olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Korsika dilinin fransız dili ilə eyni şəkildə tanınması hazırkı tələblərin əsasını təşkil edir. Korsika adasında ikidillilik ideyası hələ 1980-ci illərin sonunda sosiolinqvist Jan-Batist Marselesi tərəfindən nəzəriyyələşdirilib.

 Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib.

Məhkəmənin qərarı Fransa hökuməti tərəfindən Korsikanın prefekti (adada ən yüksək rütbəli məmur) təyin olunmuş Amori de Sent-Qventin (Amaury de Saint-Quentin) tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi əsasında verilib.

Dil məsələsi ilə yanaşı məhkəmə Korsika xalqının mövcudluğunu müəyyən edən yerli  qaydaların da anti-konstitusion olması barədə qərar verib.

Dünyanın siyasi dairələrində bu aktın pislənməsi və anti-hüquqi bir addım olduğu vurğulansa da Fransa hökümətinin siyasəti dəyişməz qalır. Fransanın  Korsika xalqına qarşı həyata keçirdiyi dil siyasəti onların milli kimliklərinin məhv edilməsinə yönəlmişdir. Bu isə Beynəlxalq konvensiyalarla insanlara verilmiş insan hüquqlarına qarşı qəsddir. 

 Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir:  “Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımı qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla müəyyən edilmişdir”.

   Paradoksal olsa da 20 oktyabr 2005-ci il  tarixdə Parisdə qəbul edilmiş  Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya əsasən mədəni müxtəlifliyin bəşəriyyətin ümumi irsini formalaşdırdığını və hamının rifahı üçün onun qədrini bilməli və qoruyub saxlamalı olduğumuzu dərk edərək, mədəni müxtəlifliyin — seçim diapazonunu genişləndirən və insanın imkanlarını və dəyərlərini qidalandıran zəngin və rəngarəng dünya yaradaraq cəmiyyətlər, insanlar və millətlərin davamlı inkişafı üçün hərəkətverici qüvvə olduğunu təsdiqləyir. Həmçinin demokratiya, tolerantlıq, sosial ədalət və insanlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət şəraitində çiçəklənən mədəni müxtəlifliyin yerli, milli və beynəlxalq səviyyədə sülh və təhlükəsizlik üçün zəruri olduğunu  vurğulayır.  Konvensiyada dil müxtəlifliyi barədə deyilir: “Dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğunu xatırladaraq və mədəni özünüifadənin qorunması və təşviq edilməsində təhsilin fundamental rolunu təsdiqləyir”.

   Göründüyü kimi  Korsika xalqının dilinə qarşı həyata keçirilən mədəni soyqırım siyasəti Farnsa dövlətinin  beynəlxalq  öhdəliklərinə həmçinin beynəlxalq hüququn hamılıqla qəbul etdiyi prinsiplərinə  daban-dabana ziddir. Biz Fransa dövlətini öz beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırıq.

 

Səməd Vəkilov

Müvəkkil Hüquq Mərkəzinin sədri

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı