Xəbərlər 14.03.2023 14:55 1500

Daxili siyasi və informasiya mühitini necə qorumalıyıq? - Ceyhun Musaoğlu açıqladı

"Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının ideyalarının, medianın inkişafının daha çox mili donorlar tərəfindən dəstəklənməsi əsas iki amilə görə vacibdir. Birincisi cəmiyyətin həssas nöqtələrini yerli donorlar dəqiq tanıyır, ikincisi ziyanlı xarici təsirlərin QHT-lərin fəaliyyətinə sirayət etməsi təhlükəsi aradan qalxır". 

 

QHT.az  xəbər verir ki,  bu fikirləri Missiya.az-a açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai sektorda, daxili siyasi, informasiya mühitinin formalaşmasında xarici təsirlərin aradan qaldırılması istiqamətində atılan siyasi-hüquqi addımların demokratik əsasları saxlamaqla təhükəsizliyi, milli maraqların effektiv müdafiəsini təmin etməyə imkan verdiyini deyən JEM sədri vurğulayıb ki, ümumbəşəri dəyərləri özünün prioriteti seçən, merkantil maraqlara söykənməyən xarici donorlarla yerli təşkilatların sağlam əqidə çərçivəsində əməkdaşlığına həmişə münbit şərait yaradılıb: 

"Dövlətin bu kimi siyasi və hüquqi addımları bir tərəfdən qeyri-hökumət təşkilatlarının, ictimai təşkilatların, KİV-in xarici donorlar vasitəsilə Azərbaycan milli sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində maliyyələşmə imkanlarını saxlayır, digər tərəfdən səmərəli nəzarəti təmin edir". 

C.Musaoğlunun sözlərinə görə, ötən dövrlərdə beynəlxalq səviyyəli donorlarla əməkdaşlıq quran təşkilatlara, fiziki və hüquqi şəxslərə "agent" damğasının vurulması birmənalı şəkildə qəbuledilməzdir, son illər ölkədə aparılan hərtərəfli islahatlar belə yanaşmaları tarixin arxivinə gömüb:

"Azərbaycan təcrübəsi vətəndaş cəmiyyəti institutlarının təməl prinsipləri, missiyası, təhlükəsizlik maraqları arasında tarazlığı qoruya bilən sistem yaradıb. Bu təcrübə artıq uğurla sınaqdan çıxıb və mövcud praktika vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlığına, xarici donorların imkanlarından yararlanmağa şərait yaratmaqla bərabər dövlətin səmərəli nəzarətini də təmin edir. Azərbaycan milli maraqlara əsaslanaraq tam müstəqil siyasət yürüdür. Vətəndaş cəmiyyəti institutu, media kənar müdaxilələrin təsiri qarşısında sipər olmalı, milli, dövləti maraqlarımıza zidd mövqedə dayanan, özünü donor kimi təqdim edərək ziyanlı ideyaları yaymağa cəhd göstərən təşkilatlarla əməkdaşlıq müstəvisi qurmamalıdır".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı