Xəbərlər 20.03.2023 11:03 1914

Şəhid Elşən Müslümovun ailəsi ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST İş Mərkəzinin direktor müavini və direktor müşaviri 44 günlük Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuş Elşən Müslümovun ailəsini ziyarət edib.

 

Prezident İlham Əliyevin Sərəncamları ilə Elşən Müslümov “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Direktorun müavini və müşaviri ailənin sosial vəziyyəti ilə maraqlanıb.

 

Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Elşən Müslümovun ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər təyin edilib, DOST İş Mərkəzi tərəfindən işlə təmin ediliblər. Ailənin yaşadığı küçəyə Şəhid Elşən Müslümov adı verilib.

 

Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı