Xəbərlər 22.03.2023 14:47 1991

Ədliyyə işçiləri uşaqları sevindiriblər - FOTO

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların hərtərəfli inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olanlara daim diqqət göstərilərək onların reabilitasiyası  ilə bağlı görülən işlər xüsusi qeyd olunmalıdır.


Ədliyyə Nazirliyi tərəfindən nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının xətti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.
Xalqımızın milli bayramlarından olan Novruz bayramı münasibətilə ədliyyə işçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində olub, uşaqlarla görüşüb, onları sevindiriblər.
Keçirilən tədbirlərdə uşaqların ifasında mahnı və şerlər dinlənilib, onlara hədiyyələr təqdim edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı