Xəbərlər 07.05.2023 14:03 1541

Mərkəzi Bank və Mediasiya Şurası arasında görüş keçirilib

Mediasiya Şurası Maliyyə Mübahisələri Komitəsinin (MMK) təşəbbüsü ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mediasiya Şurası arasında görüş baş tutub. 

 

Görüşdə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mərkəzi Bank Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov, İstehlakçılarla iş departamentinin maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri, Mediasiya Şurası MMK-nın sədri, mediator Murad Məmmədov, Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin mütəxəssisi Vüsal Hüseynov, Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin aparıcı mütəxəssisi Hilal Səfərov, MMK-nın üzvləri, mediator Leyla Nəsibova, Elçin Həsənov və Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhməd iştirak ediblər.

 

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycanda mediasiyanın əsas fəaliyyət istiqamətlərindən və keçirilən mediasiya islahatları barədə məlumat verərək qeyd edib ki, qarşıya qoyulmuş məqsədlərə çatmaqda #kommersiya subyektlərinin böyük əhəmiyyəti vardır. Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev istehlakçıların hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxladıqlarını və bununla bağlı olaraq mediasiyanın #sığorta mübahisələrində yaranmış mübahisələrin həllində hər iki tərəf üçün müsbət nəticə əldə edəcəyini qeyd edib. 

 

Danışıqlar zamanı sığorta mübahisələri ilə bağlı tərəflərin #könüllü müqavilə razılıqları əsasında mübahisələrin məhkəmədənkənar, mediatorun köməyi ilə həll edilməsinin üstünlükləri, eyni zamanda sığortalılar ilə sığortaçılar arasında #mediasiya işlərində ən çox rast gəlinən çətinliklər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Gələcəkdə #pilot layihə olaraq mübahisələrin #operativ və #şəffaf həlli üçün Mediasiya Şurası ilə Mərkəzi Bank arasında qarşılıqlı tədbirlər görüləcəyi və birgə fəaliyyətin genişləndiriləcəyi qeyd edilib


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı