Xəbərlər 08.05.2023 16:50 2351

Əfv sərəncamının Probasiya Xidmətində icrasına başlanıb - FOTO

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncamı Ədliyyə Nazirliyinin Probasiya Xidmətində icra edilir.

QHT.az APA-ya istinadən xəbər verir ki, Bakıda Probasiya Şöbəsində əfv sərəncamının icrasına başlanıb.

Sərəncam Bakı şəhəri üzrə şərti məhrumetmə cəzasından azad edilmiş 28 nəfərə də şamil olunub, onlardan biri yeniyetmədir. 21 nəfər cərimə cəzasından azad olunub, 2 nəfərin cəzası təxirə salınıb, 1 nəfər islah işlərindən azad olunub. Sərəncam 4 nəfər elektron qolbaq daşıyan şəxsə də şamil edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı