Xəbərlər 23.05.2023 10:28 1818

Mediasiya Şurasının çağırışına sən də qoşul !

Əziz mediatorlar!

 

Cənab Prezident İlham Əliyev tərəfindən 2023-cü il Heydər Əliyev ili elan edilib. Heydər Əliyev hər zaman uşaqlara qayğısı ilə nümunə olub. Heydər Əliyev məktəbinin ən layiqli davamçıları olan cənab Prezident İlham Əliyev və birinci Vitse Prezident Mehriban xanım Əliyevanın da apardığı islahatlarda uşaq hüquqları, uşaqlara diqqət, qayğı, mərhəmət və xeyriyyəçilik mühüm yer tutur. Eləcə də, Cənab Prezident tərəfindən imzalanmış Qanunlarda, o cümlədən, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununda qeyd edilir ki, uşaqların hüquq və mənafeləri üstün tutulmalıdır. Heydər Əliyev irsinə sadiq qalaraq, Ümummilli liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq, cənab Prezidentin ideya müəllifliyi ilə yaradılan ASAN Xidmət Könüllülərinin həyata keçirdiyi asanmektub.az-dan cavab gözləyən və sosial həssas qrupdan olan uşaqların arzusunu həyata keçirək. 

 

Bu çox asandır, Mediasiya Şurasının çağırışına sən də qoşul: 

 

  • asanmektub.az-a daxil ol

  • məktub seç

  • qeyd edilən prosedurlara uyğun hərəkət et 

  ✓ uşaqların gizli qəhrəmanlarından biri də sən ol!

 

 

Hörmətlə,

Nadir Adilov

Mediasiya Şurası İdarə Heyətinin sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı