Xəbərlər 02.06.2023 15:10 2159

Heydər Əliyev ili çərçivəsində Şahmat Turniri yekunlaşıb

Mərcan Məhsullarının istehsalçısı Azerbaijan Poultry Company – nin dəstəyi, Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Ucar Gənclər Evi SXM – nin, Ucar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Mərkəzi Aran Regional təhsil idarəsi Ucar rayon Təhsil sektorunun tərəfdaşlığı ilə Heydər Əliyev ili çərçivəsində Silsilə tədbirlərdən Şahmat üzrə Ucar rayon turniri yekunlaşıb.

Tədbirdən silsilə tədbirlərin sponsoru Azerbaijan Poultry Company - nin əməkdaşı Günay Əkbər, Ucar Təhsil Sektorunun müdiri Rahib Burcəliyev, Ucar rayon Gənclər və İdman İdarəsinin müdiri Əhliman İbrahimov, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov, Rayon İcra Hakimiyyəti əməkdaşları, Ucar gənclər – idman şahmat məktəbinin kollektivi, məktəb direktorları, yarışın təşkilatçısı “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov iştirak etmişlər. Tədbir təşkilatçıları 1 iyun Uşaqların Beynəlxalq müdafiə günü münasibəti ilə turnir iştirakçılarını təbrik edib. 

Turnirin qalibləri kubok, diplom, sertifikat və sponsorun hədiyyələri ilə təltif edilib. 

Tədbirin sonunda xatirə şəkli çəkilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı