Xəbərlər 03.06.2023 21:56 3528

Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş növbəti maarifləndirmə tədbiri Abşeron rayonunda keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsini icra edən “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən növbəti tədbir Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilib. 
 

QHT.az xəbər verir ki, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Şahbəndiyev açılış nitqi ilə çıxış edərək “Uşaqlara qarşı zorakılığa birlikdə son deyək!” devzi altında şagird, müəllim və psixoloqların iştirakı ilə təşkil olunan tədbirin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb. 
 

Birliyin sədri Şükufə Məmmədova müasir dövrün aktual sosial problemlərindən olan uşaqlara qarşı zorakılıqla mübarizə mövzusuna həsr olunmuş layihəyə dəstək verdiyinə görə QHT Agentlyinə, eyni zamanda Ombudsman tərəfindən mayın 18-dən iyunun 18-ə kimi ölkədə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirin keçirilməsi üçün yaradılan şəraitlə əlaqədar Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin və ümumtəhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib.  
Çıxışında gələcəyimiz olan uşaqların hüquq və azadlıqlarının təmini məsələlərinin daim dövlətimizin diqqət mərkəzində olduğunu böyük minnətdarlıqla qeyd edən Səkinə Məmmədbəyova isə rəhbəri olduğu layihənin məqsəd və vəzifələri, hədəf qrupları, görülən işlər, o cümlədən çap etdirilərək tədbir iştirakçılarına təqdim olunan maarifləndirici buklet haqqında məlumat verib. 

 

Daha sonra ekspert qismində tədbirə dəvət olunan məişət zorakılığından zərər çəkmiş uşaqlarla sosial iş üzrə təcrübəli mütəxəssis Gülnaz Məmmədli insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən zorakılığın anlayışı, növləri, baş vermə səbəbləri, onun daha çox ehtimalı olunduğu yerlər, qarşısının alınması yolları, risk qrupları, nikah yaşı, ekrən evlilik problemləri, uşaqların hüquq və mənafeləri, onların müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri, uşaq qaynar xətt xidmətləri, habelə digər mühüm məsələlər üzrə maraqlı təqdimatlar ediblər. Xüsusi olaraq vurğulanıb ki, məişət zorakılığı qanuna zidd bir hərəkətdir və bu əməlin törədilməsi qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətinə səbəb olur.


Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova və digərləri çıxış edərək tədbir barədə müsbət təəssuratlarını bölüşüblər. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı