Xəbərlər 05.06.2023 22:18 3571

Gənclər üçün birgə qrant müsabiqəsinin elan olunması müzakirə olunub - FOTO

Azərbaycan Elm Fondunun (AEF) icraçı direktoru Mehriban İmanova və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının prezidenti Hasan Sandal arasında keçirilən görüşdə elm, texnologiya və innovasiyalar üzrə əməkdaşlıq haqqında protokol imzalanıb.

Fonddan QHT.az-a bildirilib ki, imzalanmış protokol çərçivəsində Azərbaycan Elm Fondu (AEF) ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli müsabiqələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında icra olunacaq beynəlxalq qrant müsabiqələrin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin AEF və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müzakirələrdə TÜBİTAK-ın AEF-lə birgə gənclər üçün qrant müsabiqəsinin elan olunması məsələsinə də diqqət ayrılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı