Xəbərlər 06.06.2023 14:18 1701

"Hikmətin və müdrikliyin təcəssümü” oxuculara təqdim edildi - FOTO
 

Tanınmış həkim-ginekoloq, yazar Firəngiz Rüstəmovanın növbəti kitabının təqdimat mərasimi keçirilib. “Hikmətin və müdrikliyin təcəssümü” artıq oxuculara təqdim olunub.
 

QHT.az xəbər verir ki, yeni nəşrdə quşların təbiətdə və insanların həyatında oynadığı rola nəzər yetirilib, dəyərlərin oxucu kütləsinə çatdırılmasına önəm verilib.

Yazıçılar Birliyinin üzvü, müəllif Firəngiz Rüstəmova çıxışında bildirib ki, qədim mədəniyyətlərdə, mifologiyada, ilkin ibtidai təsəvvürlərdə quşlara aşılanan qutsallıq, müqəddəslik və ya əksinə olan halların nəticələrini  kitabda konkret misallarla göstərməyə çalışmışam. Onun sözlərinə görə, folklorda – nağıllarda, eposlarda, tapmacalarda, atalar sözlərində rast gəlinən bütün quş obrazları dərindən öyrənilib, tədqiq edilib. Çıxış edən natiqlər Firəngiz Rüstəmovanın yaradıcılığından söz açıb, yazdığı kitabların maarifləndirici əhəmiyyətini xüsusi vurğulayıblar.  Tədbirdə millət vəkili Sevinc Fətəliyeva,  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin  direktoru professor Sevinc Əliyeva və bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı