Xəbərlər 06.06.2023 18:44 5563

Lənkəran Regional Perinatal Mərkəzində Ailə Otağının açılış mərasimi keçirilib - FOTO

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, BMT-nin Əhali Fondu (UNFPA) UNFPA Azerbaijan və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) dəstəyi ilə “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən "Səhiyyə müəssisələrində kişilərin prenatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi” layihəsi çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və TƏBİB ilə əməkdaşlıqda 5 İyun 2023-cü il tarixində Lənkəran şəhərində yerləşən Lənkəran Regional Perinatal Mərkəzində Ailə Otağının açılış mərasimi keçirildi.

 

QHT.az xəbər verir ki, 2022-ci ildən başlayaraq Antenatal qayğının yaxşılaşdırılmasına və ataların uşaqların sağlam böyüməsi və inkişafında iştirakının təşviqi və dəstəklənməsinə töhfə vermək məqsədilə “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən "Səhiyyə müəssisələrində kişilərin prenatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi” məqsədilə İctimai Səhiyyə Və İslahatlar Mərkəzi və  TƏBİB   ilə Bakı, Lənkəran və Göyçay şəhərlərində müəyyən olunmuş poliklinikalarda tibb işçiləri və valideynlər üçün antenatal maarifləndirmə güşələrinin yaradılması, maarifləndirici materialların hazırlanması və yayılması, habelə tibb işçiləri üçün antenatal qayğı ilə bağlı təlim kursları təşkil edilmişdir. 
Layihə çərçivəsində Bakı, Göyçay və Lənkəran şəhərlərində 500-ə yaxın səhiyyə mütəxəssisi üçün ailə planlaması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında canlı və virtual təlimlərin və əhali üçün maarifləndirici seminarların təşkili həyata keçirilib.
Ötən müddət ərzində həmçinin Bakı, Göyçay və Lənkəran şəhərlərində valideyn olmağa hazırlaşan və valideyn olmuş qadın və kişilərin sağlam hamiləlik, antenatal qayğının əhəmiyyəti, nümunəvi valideynlik bacarıqları, uşağa qulluq və qayğıda gender stereotipləri və qadın hüquqları mövzularında davamlı maarifləndirilmə təşkil ediləcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı