Bu gündən yerli şirkətlərin sərgisi keçiriləcək
Yerli firmalar öz məhsul və xidmətlərini geniş auditoriyaya tanıtmaq və satmaq üçün sərgilərdən istifadə edirlər. Bu isə potensial müştərilərə şirkətləri kəşf etməyə, məhsullarla tanış olmağa və şirkətlə birbaşa əlaqə qurmağa imkan verir.
Ulu öndərin 100 illik yubileyi ilə bağlı keçiriləcək yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkət məhsul və xidmətlərini təqdim edəcək.
8-10 iyun tarixlərində “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.Sərgilər yerli şirkətlərə sənayenin digər peşəkarları ilə şəbəkə qurmağa və işgüzar əlaqələr yaratmağa imkan verir. Bu əlaqələrə əməkdaşlıq imkanları, tərəfdaşlıq müqavilələri və ya təchizatçılar daxil ola bilər.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq.
Sərgiyə 150-dən çox şirkət qatılacaq. Sərgilərin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, müştərilər şirkətləri ilə üz-üzə görüşmək, onları maraqlandıran sualları vermək, rəy bildirmək və şirkət nümayəndələri ilə daha sıx əlaqə qurmaq imkanı əldə edirlər.
Pərvanə Fərhadqızı