Xəbərlər 09.06.2023 06:12 1462

Qara dənizdə üzmək olmaz-ÖZƏL

Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin ruslar tərəfindən dağıdılması ətraf mühüt üçün böyük mənfi nəticələrə gətirib çıxaracaq, canlı orqanizmlər bu fəlakətdən çox əziyyət çəkəcək.

QHT.az xəbər verir ki, belə kəskin dəyişikliklərlə əhəmiyyətli miqdarda balıq və digər su orqanizmləri tələf olacaq. Şirin su balıqlarının bir hissəsi duzlu Qara dənizə daşınacaq, müvafiq olaraq balıqlar da orada öləcək. Çoxlu üzvi maddələr dənizə daşınacaq. Qara dənizdə heyvan cəmdəkləri, ölü balıqlar, tullantılardan və tualetlərdən gələn bütün zibillər bu arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Ən çox Qara dəniz zərər çəkəcək, çünki orada “üzvi sıyıq” əmələ gəlir. Belə suda üzmək mümkün olmayacaq.

Çoxlu üzvi maddələr mikroskopik yosunlar üçün qidadır, onlar aktiv şəkildə çoxalmağa və çoxlu oksigen istehlak etməyə başlayacaq. Belə sudan heç nəyə istifadə etmək olmaz.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı