Xəbərlər 09.06.2023 12:54 1368

“Türkiyə seçicisi reallığı düzgün qiymətləndirdi” - Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

“Cənab Ərdoğan uğurlu prosesə imza ataraq, prezident seçildi, halal qələbəsini qazandı. Türkiyədə baş verən proseslər yalnız orada deyil, bütün dünyada, keçmiş MDB məkanında izlənilirdi”- bu sözləri QHT.az-a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib.

O qeyd edib ki, seçki mədəniyyəti, seçki təcrübəsi zəruri haldır, demokratiyanın ən bariz nümunələrindən biridir: “Bu baxımdan da düşünürəm ki, MDB məkanındakı ölkələr həmin təcrübədən kifayət qədər yararlanacaqlar. Türkiyədəki seçkilərə nəzər salanda görürük ki, müxalifət partiyaları öz sözlərini deməyə kifayət qədər geniş imkanları vardır. TV, media qrumları, bütün platformalarda geniş təbliğat apara bildilər. Burada incə bir məqam ondan ibarətdir ki, Türkiyə seçicisi reallığı düzgün qiymətləndirdi. Türkiyə seçiciləri çox tələbkar insanlardır və onlar istənilən anda problemlərin çözülməsini, öz haqlarını, hüquqlarını seçicilərindən tələb edirlər. Onlar öz seçimlərini etdilər, Rəcəb Tayyib Ərdoğan qalib gəldi”.

Əkrəm Bəydəmirli  həmçinin qeyd edib ki, bu yaxşı nümunədir ki, insan çalışır, yüksək sürətli fəaliyyət göstərir, yekun olaraq öz auditoriyasına, seçicilərinə etimadını təkrarən doğruldur və namizəd olaraq qalib gəlir: “Bu bir uğurlu mexanizmdir. Ən düzgün seçim odur ki, seçiciyə düzgün mesajlar olmalıdır ki, seçicidə hər bir şeyi zərgər dəqiqliyi ilə gördüyü üçün səslərini verib, yekunda ən dəyərli namizəd qalib gəlir. Bu proses bütün dünyada, xüsusilə MDB məkanında gedən gedən proseslərə təsir etmək gücündə oldu. Yəni bir seçki prosesinə, seçicilərə inam yaratdı ki, insanlar öz gələcəyini qurmaq üçün seçki ilə bütün dəyişikliklərin olacağına, inanırlar və ən layiqli namizədlərini seçki qutularından qalib çıxmasına nail olurlar. Bu baxımdan prosesin özü bütün dünya üçün bir örnəkdir. Bundan sonra digər ölkələrdə keçiriləcək ölkələrdə həm seçici, həm namizəd olaraq Türkiyə təcrübəsindən yararlanmaq ehtimalı çox böyükdür”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı