Xəbərlər 24.07.2023 18:00 4341

"Maestro school"un şagirdləri 42 medal qazanıb

Bu günlərdə Fransanın paytaxtı Parisdə STEM Grand Final proqramı çərçivəsində Beynəlxalq STEM Olimpiadası keçirilib. Olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb. Proqramda Azərbaycanı "Maestro School"un 16 şagirdindən ibarət heyət təmsil edib. 
QHT.az xəbər verir ki, STEM Grand Final proqramı Beynəlxalq STEM Olimpiada - Elm, Texnologiya, Mühəndislik, Riyyaziyyat üzrə beynəlxalq olimpiadadı. Bu, məktəblilərin, gənclərin interaktiv eksperimentləri özündə əks etdirən elm mərkəzlərində imtahana hazırlaşdıqları və imtahan verdikləri STEM əsaslı müsabiqədir.  "Maestro School"un 16 şagirdi bütün fənnlər üzrə yüksək nəticələr göstəriblər.

Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı şagirdlər qızıl, gümüş, bürünc medalları və fərqlmə sertifikatlarına layiq görülüblər. 9 qızıl,  23 gümüş, 7 bürünc medal, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medalla geri dönən məktəblilərimizin Fransada keçirilən Olimpiadada Azərbaycan bayrağını dalğalandırması  qürurvericidir.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı