“Təhsildə Gender Bərabərliyi Səfirləri” təlim kursuna qoşulmaq üçün...
"Müəllimlər gender əsaslı stereotiplərə qarşı" təlim kursunda iştirak etmək istəyənlər Gender Hub Azərbaycan Şərq Qonşuluğunda Dayanıqlılığın Artırılması layihəsi çərçivəsində “Təhsildə Gender Bərabərliyi Səfirləri” təlim kursuna qoşula bilər.
QHT.az xəbər verir ki, uzun müddətli təlim kursu olan bu kurs insan hüquqları sahəsində maarifləndirməni artırmaqla yanaşı bərabərlik, gender əsaslı zorakılıq və erkən nikahlara qarşı mübarizədə biganə qalmaq istəməyən gənc müəllimlərin rolunu gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, avqust ayının 22-25 tarixləri arası təşkil olunacaq təlim kursuna son qeydiyyat tarixi avqust ayının 10-dur. İştirak ödənişsizdir və nəqliyyat, yerləşdirmə və qidalanma xərcləri təşkilatçı tərəfindən qarşılanır.
Qeydiyyat linki: https://forms.gle
Pərvanə Fərhadqızı