Xəbərlər 10.08.2023 19:14 2097

Rusiyalı Putindən aldığı medalı traktora görə satışa çıxarıb

Tümen sakini traktora görə Rusiya prezidenti Vladimir Putinin medalını satışa çıxarıb. 

QHT.az xəbər verir ki, Ura.ru agentliyi yenidən satış platformasında müvafiq elana diqqət çəkib. Qeyd olunur ki, rusiyalı “Krım körpüsünün tikintisinə görə” medalı ilə təltif edilib və indi bunun üçün 450 min rubl almaq istəyir. Gəlirlə reklam müəllifi çoxdan arzusunda olduğu nəqliyyat vasitəsini almağı planlaşdırır.

Adamın qohumunun dediyinə görə, o, bu yaxınlarda belə mükafatların satıla biləcəyini öyrənib. Mükafat 2018-ci ildə təsis edilib və Putinin adından Krım körpüsünün layihələndirilməsi və tikintisində əməyi olanlara verilir.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı