Ştat tarixində ən dəhşətli təbii fəlakət, bütöv bir şəhər dağıdıldı
Hakimiyyət qurbanların sayının daha da artacağından qorxur.
QHT.az xəbər verir ki, Havay adaları böyük meşə yanğınları ilə mübarizəni davam etdirir. Xilasedicilər artıq yanğını qismən lokallaşdıra biliblər. İndiyədək 53 nəfərin öldüyü məlumdur. Bununla belə, hakimiyyət dağıntılar hələ də təmizləndiyindən ölənlərin sayının artacağından ehtiyatlanır. Məlumata görə, kurort şəhəri Lahaina ən çox zərər çəkib və Havay rəsmiləri bunun yenidən qurulmasının uzun illər və milyardlarla dollar tələb olunacağını deyirlər.
Yerli qubernator bildirib ki, yanğın ildə 2 milyon turisti cəlb edən kurort şəhərciyini yanan xarabalığa çevirib. Bu meşə yanğını ştat tarixində ən dəhşətli təbii fəlakət olub. Təbii fəlakət nəticəsində minlərlə insan evsiz qalıb, 1000 bina dağılıb.
Pərvanə Fərhadqızı