Qadınların hüquqları, gender bərabərliyi təşviq edilir - FOTO
“Gənc Liderlər Təhsil Təlim və İnkişaf” İctimai Birliyi yeni layihənin icrası davam edir.
İctimai Birlikdən QHT.az- a verilən məlumata görə, “Y.E.T.Ə.R”- Azərbaycanda qadın və qızların hüquqlarının və səsinin təbliği və səfərbər edilməsi” layihəsi 4 ay ərzində icra ediləcək. Layihənin məqsədi Azərbaycanda genderə həssas innovativ texnologiya yönümlü alətlər vasitəsilə qadınların hüquqlarını, gender bərabərliyini təşviq etmək və qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaqdır. Layihə Azərbaycanın Gəncə və Qazax rayonlarını əhatə edəcək.
Gəncə şəhərində ilk qrup müzakirəsi həyata keçirilib. Qrup müzakirəsi Təmas Reqional İnkişaf İçtimai Birliyi ilə əmədaşlıqda həyata keçirilib. Aparıcılar- gender üzrə ekspertlər Kubra Ələkbərova və Südabə Məmmədova Gəncə şəhər sakinləri olan aktiv qadınlar və yerli QHT və dövlət nümayəndələrindən ibarət ən azı 15 nəfərdən ibarət olanqrupla “iş yerində gizli ayrı-seçkiliyə dair” fokus qrup müzakirəsi təşkil ediblər.
Qeyd edək ki, tədbir zamanı ayrı-seçkilik əleyhinə Avropa hüququnun məzmunu, Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası, Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Xartiyası, BMT-nin insan hüquqları üzrə sazişlərində nəzərdə tutulan hüquqların reallaşmasında qarşılaşılan problemlər müzakirə olunub.
Pərvanə Fərhadqızı


