Gender bərabərliyinin təbliği məqsədi ilə maarifləndirici tədbirlər keçirilib - FOTOLAR
“Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsi Ailə, Qadın, Uşaq və Gender məsələləri üzrə təqdim olunan “Gender bərabərliyinin qorunması istiqamətində maarifləndirici sessiyaların keçirilməsi” layihəsi ilə qalib olub.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi, gender bərabərliyinin gücləndirilməsinə və qadınların sosial-iqtisadi hüquqlarının daha geniş şəkildə həyata keçirilməsinə töhfə vermək, Milli Fəaliyyət Planı ilə sessiya iştirakcılarını tanış etməkdir. Layihənin əsas ideyası icmalarda Gender bərabərliyin qorunması istiqamətində maarifləndirici sessiyaların, 4 İcmada hər icmada 1 sessiya olmaqla 4 görüşün- Mazıx, Gözbarax, Lahıc, Yengiyan bələdiyyələri üzrə görüşlərin keçirilməsi uğurla başa çatıb.
14-15 avqust 2023-cü il tarixdə Zaqatala rayonunda 4 bələdiyyə ərazisində hər bələdiyyədə 1 sessiya, hər sessiyada 20 nəfər olmaqla gender bərabərliyinin təbliği məqsədi ilə maarifləndirici tədbirlərin keçirilib. Gender bərabərliyin qorunması istiqamətində keçirilən görüşlər nəticəsi olaraq İştirakçılar cəmiyyətimiz və icmalarımız üçün böyük problemə çevrilən qızların təhsildən uzaqlaşdırma, zorla, erkən nigah qurmaya məcbur edilmə, istədiyi sahədə çalışmağa icazə verməmə hallarının azaldılması üçün yollar araşdıraraq bu barədə istiqamət göstərilib.
Pərvanə Fərhadqızı