Xəbərlər 05.09.2023 12:23 3064

Vəkillər mediasiya xidmətlərinə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif ediliblər - FOTOLAR

Mediasiya Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association arasında olan səmərəli əməkdaşlığın davamı olaraq mediasiya təşkilatları və vəkil büroları arasında, eyni zamanda mediatorlar və vəkillər arasında olan işgüzar münasibətlərin formalaşması ənənəsi davam etdirilir.

QHT.az xəbər verir ki, vəkillərlə səmərəli əməkdaşlıq barışıq sazişlərinin imzalanmasında mühüm rol oynamaqla yanaşı, eyni zamanda vətəndaşların həm keyfiyyətli mediasiya xidmətləri alması, həm də keyfiyyətli hüquqi yardımla təmin olunması üçün son dərəcə zəruridir. Mediasiya Şurası ənənəsinə sadiq qalaraq başda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hörmətli Anar Bağırov olmaqla, mediasiya proseslərinin inkişafına dəstək verən bütün vəkillərə təşəkkür edir və növbəti 3 vəkilə mediasiya sahəsində barışıq sazişlərinin imzalanmasında verdikləri töhfələrə görə dərin təşəkkür edir.

Belə ki, Bakı 9 Saylı Mediasiya Təşkilatının rəhbəri Leyla Nəsibovanın rəyi ilə Bakı 9 saylı mediasiya təşkilatında imzalanan barışıq sazişlərinə göstərdikləri dəstək və töhfə əsasında "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun rəhbəri - vəkil Kiçikbəyov Emin Atabəy oğlu, vəkil Bayramov Şamil Vaqif oğlu, vəkil Mirzəzadə Asim Vilayət oğlu Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə mediasiya xidmətlərinə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif ediliblər.

Hər 3 vəkilə gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı