Çini vuran “Haikui” qasırğası səbəbindən küçələri su basıb. Yanğınsöndürən maşının sel sularına düşməsi nəticəsində 3 nəfərin itkin düşdüyü bildirilib.
QHT.az xəbər verir ki, bu il Çinə təsir edən 11-ci tayfun olan "Haikui" qasırğası Fujian əyalətinin Dongshan mahalında sahilə çatıb. Quandun əyalətində də təsirli olan tayfun səbəbindən sahilyanı ərazilərdə güclü küləklər baş verib. Qasırğanın yaratdığı leysan yağışları nəticəsində küçə və prospektləri su basıb, çoxlu avtomobillər sel suları tərəfindən sürüklənib. Seldə qalanlar axtarış-xilasetmə qrupları və ətrafdakı insanların köməyi ilə xilas edilib. 24 saat ərzində 300 millimetrdən çox yağıntı qeydə alınıb.
Qasırğa səbəbindən təxminən 114 min 400 insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi əyalətin Fuçjou, Xiamen, Quanzhou və Putian şəhərlərində məktəblərin fəaliyyəti dayandırılıb. Fuçjou və Quançjou hava limanlarında çoxlu reyslər ləğv edilib.
Pərvanə Fərhadqızı