“Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli filmin hazırlanması layihəsi davam edir
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli filmin hazırlanması (Azərbaycan və İngilis dillərində) layihəsini icra edir.
Təşkilatın sədri Xatirə Vəliyeva QHT.az- bildirib ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihənin icrasını həyata keçirir.
"Hal-hazırda layihə uğurla icra olunur. Beləki, layihədə iştirak edəcək birliyin konüllüləri ilə görüş keçirilib. İşçi qrupu yaradılıb.
Layihə çərçivəsində iştirak edəcək əcnəbi tələbələr Azərbaycan Dillər Universitetində təhsil alan tələbələr nəzərdə tutulub. Tələbələrin layihədə iştirakı üçün Azərbaycan Dillər Universitetinin rəhbərliyinə məktubla müraciət edilmişdir. Hal-hazırda bu sahədə iş aparılır.
Filmin çəkilişi üçün prodakşın seçilmiş və müqavilə bağlanmışdır. Çəkiliş qrupu ilə layihə haqqında geniş müzakirə aparılmışdır. Layihə çərçivəsində iştirak edəcək Bakı şəhərinin Ramana, Pirşağı, Sanqaçal, Mərdəkan qəsəbələrində, Binəqədi rayonunda məskunlaşan Xankəndinin keçmiş məcburi köçkün ailələri ilə mütamadi olaraq əlaqə saxlanılır. Onlara layihə haqqında geniş məlumat verilmişdir.
“Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli filmin hazırlanması (Azərbaycan və İngilis dillərində) layihəsinin icrsı fəaliyyət praqpamına uyğun olaraq uğurla davam etdirilir."