Yerin bəşəriyyət üçün təhlükəsiz yerləri tükənmək üzrədir
İqlim dəyişikliyi səbəbindən Yer kürəsində həyat həm heyvanlar, həm də insanlar üçün getdikcə çətinləşir.
QHT.az xəbər verir ki, doqquz əsas göstəricidən altısında Yer artıq “bəşəriyyət üçün təhlükəsiz məkan” deyil. Bir qrup beynəlxalq alim quruda və çaylarda mikroplastik və nüvə tullantılarının çirklənmə səviyyəsindən narahatdırlar. Onların fikrincə, yalnız okeanların turşuluğu, havanın təmizliyi və ozon təbəqəsi təhlükəsiz hesab edilən hədlər daxilindədir. Bununla belə, havanın və dünya okeanının təmizliyinin göstəricisi çox tez tərsinə dəyişə bilər. Potsdam İqlimə Təsir Araşdırmaları İnstitutunun direktoru Yohan Rockström: “Biz çox pis vəziyyətdəyik. Bu təhlildə biz planetin sabitliyini itirdiyini göstəririk. 14 il əvvəl digər mütəxəssislərlə birlikdə Yerin ümumi vəziyyətinin elmi qiymətləndirilməsi üçün doqquz meyar yaratmışdıq. İndi yeni bir araşdırma, məsələn, suyun "ancaq təhlükəsiz" kateqoriyasından "qadağan olunmuş" kateqoriyasına keçdiyini müəyyən etdik”.
Qeyd edək ki, Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır və Ozon qatının qorunması həyat üçün, təbiət üçün, canlılar üçün çox mühümdür.
Pərvanə Fərhadqızı