Xəbərlər 04.07.2025 09:27 20

Elşad Məmmədov: “Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu artacaq”

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycan Avropa İttifaqının enerji balansının təminatında rolunu davamlı olaraq genişləndirir.

Professorun sözlərinə görə, bu proses yaxın gələcəkdə daha da dərinləşəcək:

“Nəzərə almaq lazımdır ki, Avropa qaz təminatı nöqteyi-nəzərindən Azərbaycanla əməkdaşlığa demək olar ki, hər ay daha da çox önəm verməkdədir. Fikrincə, bu proses davam edəcək, çünki Avropanın bir tərəfdən elə də çox alternativləri yoxdur, digər tərəfdən isə Azərbaycan öz xarici iqtisadi tərəfdaşları qarşısında mühüm tərəfdaş kimi mövqeləşdirmişdir. Zənnimcə, qaz təchizatı nöqteyi-nəzərindən bizim imkanlarımız yaxın aylarda və illərdə genişlənəcək və eyni zamanda, təbii ki, Azərbaycanın valyuta daxilolmaları nöqteyi-nəzərindən qaz ixracının ölkəmizə gətirdiyi dividendlər ölkəmizin sosial və iqtisadi istiqamətdə reallaşdırmalı olduğu layihələrdə öz rolunu oynamalıdır. Ona görə də düşünürəm ki, Azərbaycanın Avropanın qaz təminatındakı rolu həm Avropa üçün xüsusi önəm daşıyır, həm də bunun Azərbaycanın maliyyə resurslarının genişlənməsində öz payının olması ölkəmiz üçün bu əməkdaşlığı daha da konstruktiv və effektiv edir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı