Xəbərlər 15.09.2023 13:05 2175

Mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılacaqmı?

“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi bu gün Milli Məclisin iqtisadisiyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyyə olundu.

QHT.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılmasını nəzərdə tutulur: “Qeydiyyata alınmasına görə rüsum bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manat, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manatdan 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manatdan 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manatdan 70 manat və bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdan 100 manata endirilməsi nəzərdə tutulur”.

Ekspert bildirib ki, dəyişikliklər qəbul olunandan sonra bahalı mobil telefonlar üçün qeydiyyat rüsumu 150 manat deyil, 100 manat olacaq: “Qiyməti ucuz olan telefonlar üçün daha aşağı rüsumlar ödəniləcək”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı