Xəbərlər 18.09.2023 15:00 2808

 "Gələcək naminə Dialoq" adlı beynəlxalq konfransa start verildi  - FOTOLAR

"Gələcək naminə Dialoq: Şərq Tərəfdaşlığı ölkələrinin gələcək əməkdaşlığı" adlı beynəlxalq konfrans öz işinə başlayır.

QHT.az xəbər verir ki, son illərə qədər Şərq tərəfdaşlığı ölkələri, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı üçün böyük addımlar atmağa çalışırlar. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyin sədri Vüqar Əhmədov da bu konfransda iştirak edib. O, qeyd edib ki, konfransın əsas müzakirə mövzusu Şəqr tərəfdaşlığı ölkələrində Demokratiyanın və Vətəndaş Cəmiyyətinin gücləndirilməsidir.

Konfransda demokratiya prinsiplərini daha da möhkəmləndirmək və vətəndaşların siyasi təşəbbüslərdə iştirakını artırmağa nail olmağın yolları müzakirə olunub. Tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri və digər təşkilatçılar iştirak edib.

Qeyd edək ki, Şərq tərəfdaşlığı ölkələri, demokratik proseslərin inkişafını dəstəkləmək və vətəndaşların cəmiyyətə daha aktiv cəlb olunmasını təşviq etmək məqsədi ilə bir araya gəlirlər.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı