Şüvəlan çimərliyində təmizlik aksiyası keçirilib - FOTOLAR
Çimərlik mövsümünün yekunlaşması ilə əlaqədar Şüvəlan çimərliyində təmizlik aksiyası baş tutub.
QHT.az xəbər verir ki, aksiya dəniz sahillərində təmizliyi təşviq etmək və gənclərin ətraf mühitin mühafizəsində fəal iştirakını təmin etmək məqsədilə keçirilib. Bu il, ilk dəfə dalğıcların iştirakı ilə Xəzər dənizinin sahilyanı ərazisi ilə yanaşı sualtı hissəsi də tullantılardan təmizlənib.
"Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyasında iştirakçılar çimərlik ərazisindən topladıqları tullantıları Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin də tərəfdaş olduğu təmizlik aksiyasını İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, “Təmiz Şəhər” ASC, PADI dalğıc mərkəzinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi “Baku scuba” və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilib.
Pərvanə Fərhadqızı