Xəbərlər 19.09.2023 10:08 451

İmişli rayonunda təmizlik aksiyası keçirilib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunun Rəsullu kəndində keçirilən təmizlik aksiyasında iştirak ediblər.

QHT.az xəbər verir ki, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində sahil boyunca təşkil olunan aksiyada könüllülər Yalavac bələdiyyəsi və İmişli MKTİB-nin əməkdaşları ilə birlikdə müxtəlif növ tullantıları toplayaraq, ərazidən daşıyıblar.

Qeyd edək ki, tədbir ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısını almaq, insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məqsədilə keçirilirdi.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı