Qida təhlükəsizliyinin rolu müzakirə edilib - FOTOLAR
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda regional tədbirə ev sahibliyİ edib.
QHT.az xəbər verir ki, tədbirin məqsədi “Codex Alimentarius” standartları və insan sağlamlığının və ədalətli ticarətin ölkə daxilində və beynəlxalq səviyyədə qorunması üçün uyğunlaşdırılmış, elmə əsaslanmış qida standartlarına malik olmağın faydaları haqqında məlumatlılığı artırmaq olub.
İkigünlük tədbirdə Kodeks qida standartları, Kodeksin fəaliyyətindəki irəliləyişlər və problemlər, regional perspektiv və Vahid Sağlamlıq konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin rolu müzakirə edilib. Tədbirdə təcrübə mübadiləsi və ümumi məsələləri müzakirə etmək üçün regional təşkilatlar, BMT-nin agentlikləri, hökumət, təhsil institutlarının və istehsalçı təşkilatların nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əməkdaşlığı çərçivəsində baş tutub.
Pərvanə Fərhadqızı