Azərbaycanda mediasiya sahəsində yerli konsultant xidmətləri üçün Avropa Şurasının tender elanı
Avropa Şurası Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının bir hissəsi ola
n Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda mediasiyanın təşviqi” birgə layihəsi çərcivəsində mediasiya sahəsində yerli konsultant xidmətləri üçün tender elan edir.
QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bu barədə məlumat verib. O qeyd edib ki, maraqlanan namizədlər Tender faylında “Tender qaydaları” və “Təqdim ediləcək sənədlər” bəndlərində qeyd olunduğu kimi müraciət etməyə dəvət olunurlar: “Müraciətlər üçün son tarix 10 oktyabr 2023-cü ildir”.
Pərvanə Fərhadqızı