Xəbərlər 20.09.2023 17:26 2189

“Sağlamlığa Xidmət” İctimai Birliyinin təşəbbüsü ilə ikinci dərəcəli patentdən imtina edilməsinə çağırış - FOTOLAR

Azərbaycanın bir qrup Vətəndaş Cəmiyyəti Təşkilatları və vərəmdən əziyyət çəkən icmalar birgə vərəm xəstələrinin bedaquilin dərmanlarına bərabər çıxış imkanı ilə bağlı Johnson & Johnson şirkətinin direktoruna ünvanlanmış kollektiv bəyanat imzalayıblar.

QHT.az xəbər verir ki, “Sağlamlığa Xidmət” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda 12 VCT-dən 16 nümayəndə bir araya gələrək Johnson & Johnson şirkətinin direktoruna göndərdikləri məktubda bedaquiline üçün ikinci dərəcəli patentdən imtina edilməsinə çağırış ediblər. Bu, ölkəmizə yüksək keyfiyyətli generikləri bir neçə dəfə aşağı qiymətə əldə etməyə imkan verəcək və bununla da ehtiyacı olan daha çox sayda pasiyentin bu dərmana çıxışı genişlənəcək.

Bu mühüm təşəbbüs Stop TB Partnership, Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Vərəm Proqramı və Sərhədsiz Həkimlər təşkilatı tərəfindən təşkil edilən daha geniş beynəlxalq təbliğat kampaniyasının bir hissəsidir. Ümid edirik ki, J&J tezliklə vərəmin müalicəsinə ehtiyacı olanların xeyrinə qərar qəbul edəcək.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı