Xəbərlər 21.09.2023 00:12 1173

“Qarabağ Azərbaycan iqtisadi inkişafının yeni lokomotivinə çevriləcək”- millət vəkili

“Qarabağdakı yanar ocaq artıq söndürülüb. Bu o deməkdir ki, Qafqaz dayanıqlı sülhə heç zaman indiki qədər yaxın olmayıb. Təbii ki, bu tarixi anları bizlərə yaşadan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu oldu”.

QHT.az xəbər verir ki, bu sözləri Millət vəkili Vüqar Bayramov bildirib. O, qeyd edib ki, bu razılaşma həmçinin Qarabağın inkişafı və re-inteqrasiyası baxımdan da vacibdir: “Qarabağ Azərbaycan iqtisadi inkişafının yeni lokomotivinə çevriləcək. Belə ki, anlaşma Qarabağın inkişafına əsas yaradacaq. Ermənistan işğalı nəticəsində Qarabağ uzun müddətdir ki, inkişafdan geri qalıb. Bu tarixi gün imkan verəcək ki, bütövlükdə Qarabağ və Şərqi Zəngəzuru yenidən inkişaf etdirib ölkə iqtisadiyyatına re-inteqrasiyasına nail olmaq mümkün olsun. Bu baxımdan, Azərbaycan yeni mərhələyə qədəm qoyur. Bu mərhələ Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün yeni imkanlar yaradacaq”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı