Xəbərlər 21.09.2023 00:38 1150

“Ermənistan tərəfi bizim tələb və təkliflərimizi yerinə yetirməlidir”- QHT sədri

“Ermənilərin mülki əhaliyə, hərbçilərimizə və polislərimizə qarşı mina təxribatı, digər hərbi toqquşmalarda göstərdikləri təxribat sonda səbrimizi daşırdı”.

QHT.az xəbər verir ki, bu sözləri Müasir İnkişaf  Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti anti-terror əməliyyatı həyata keçirdi və keçirilən tədbirlər, əməliyyatlar zamanı mülki obyektləri hədəfə almadı: “Dinc insanlara yardım göstərərək, silahlarını yerə qoymağı təklif etdi. Həmçinin humanitar dəhliz təklif etdi. Bu, bizim xoşməramlı jestimiz, onlar isə... Həmişə onlara xəbərdarlıq etmişik, əhəmiyyət verməyiblər. Biz də qarşı tərəfə layiqincə cavab verərək, şəhidlərimizin qisasını aldıq. Bundan sonra da Ermənistan tərəfi bizim tələb və təkliflərimizi yerinə yetirməlidir”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı