Xəbərlər 21.09.2023 09:20 1295

Bakıda mağaza yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 600 kvadratmetr olan ərzaq və müxtəlif təyinatlı malların satışı mağazasının dam örtüyünün taxta atmaları, şüşə-pambıq üzlük 180 kvadratmetr sahədə və rəflərə yığılan müxtəlif təyinatlı mallar 225 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan 15 ədəd soyuducu, 1 ədəd kondisioner və lambirdən ibarət tavan əriyib.

 

QHT.az bildirir ki,   Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı