Xəbərlər 21.09.2023 11:09 1525

ABŞ-ın səfirliyinə silahlı hücum olub

ABŞ-ın Beyrutdakı səfirliyinə 1984-cü ildə bombalı hücumun ildönümündə silahlı hücum təşkil edilib. Səfirliyinin binasına atəş hələ kimliyi müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən açılıb.

QHT.az xəbər verir ki, paytaxtın şimalında yerləşən Beyrutdakı ABŞ səfirliyinin binasına açılan atəş nəticəsində bəzi güllələr binanın əsas qapısına və qarşısındakı dayanacaqda olan avtomobillərə dəyib. Hücumun hansı silah növündən istifadə edildiyi, ölən və ya yaralananların olub-olmaması barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, hadisənin 1984-cü il sentyabrın 20-də ABŞ səfirliyinin binasına bomba yüklü maşınla hücumun 39-cu ildönümünə təsadüf etməsi diqqət çəkib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı