Xəbərlər 21.09.2023 12:17 2031

“Xəritə” sürücünün ölümünə səbəb oldu, ailəsi Google-a qarşı iddia qaldırdı

ABŞ-da 10 il əvvəl motosikleti qismən uçmuş körpüyə doğru sürərək dünyasını dəyişən şəxsin ailəsi Google-u "Maps" tətbiqini yeniləməyərək qəzaya səbəb olmaqda günahlandırıb.

QHT.az xəbər verir ki, 2022-ci ildə ABŞ-ın Şimali Karolina ştatının Hikori bölgəsində motosiklet sürücüsü Filip Paksson qismən dağılmış körpüdən keçərkən yıxılaraq boğulub, ölüb. Paxsonun ailəsi "Maps" tətbiqində 2013-cü ildə çökən körpü ilə bağlı məlumatları hələ də yeniləməyərək qəzaya səbəb olduğu səbəbi ilə Google-a qarşı iddia qaldırıb.

Ərizəni Ueyk qraflığında məhkəməyə təqdim edən Paxson ailəsinin vəkilləri öz ifadələrində belə deyiblər: "O, yollarla tanış deyildi. O, Google Maps-ə güvənirdi. Bunun onu həyat yoldaşı və qızlarının yanına aparacağına ümid edirdi". dedi.

İş materiallarında o da vurğulanır ki, yerli əhali 2013-cü ildə uçan körpü ilə bağlı yeniliklərin verilməsi üçün dəfələrlə Google-a müraciət edib. Digər tərəfdən, uçan körpünün ətrafındakı maneələrin də götürüldüyü qeyd edilir.

Google-un sözçüsü iddiaların araşdırıldığını və ailənin ağrısını paylaşdıqlarını bildirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı