“Qızların təhsildən yayınması halı yolverilməzdir”- QHT sədri
“Turan” Vətəndaş Cəmiyyətinə Yardım İctimai Birliyi “Qızların təhsildən yayınması hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsində nəzərdə tutulumuş növbəti seminarı sentyabrın 20-də Sabirabad şəhəri H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbində keçirib.
Layihə rəhbəri Yaqub Babayev QHT.az –a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində təşkil olunan tədbiri giriş sözü ilə layihə rəhbəri Y.Babayev açaraq bildirib ki, 2023-cü il Ümummilli lider Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir: “Bu məqsədlə Cənab Prezidentimiz tərəfindən bu il “Heydər Əliyev” ili elan olub. Odur ki, Ümummilli lider Heydər Əliyevin və topraqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş “Şəhidlərin” əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdik. Tədbir seminar xarakterli olub. Tədbirdə həmin məktəbdə təhsil alan 30 nəfər qızlar iştirak ediblər. Seminar iştirakçılarına Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun bəzi maddələri, şagird davranış qaydaları haqqında geniş məlumat verilib”.
Layihə rəbəri tərəfindən təhsildən yayınmasın yolverilməz olduğunu iştirakçıların nəzərinə çatdırılıb. Qız uşaqlarının təhsildən yayınması nəticəsində xoşagəlməz hadisələr baş verir. Araşdırmalar göstərir ki, erkən nigahların baş verməsi halı təhsildən yayınan qızlar tərəfindən baş verir. Layihə rəhbəri tərəfindən bu barədə geniş məlumat verdi. Layihə rəhbəri bu halların baş verməməsi üçün Müəllim-Şagird-Valideyn münasibətlərin düzgün qurulmasını vacib hal olduğunu bildirdi.
Qeyd edək ki, tədbirdə məktəbin pedoqoji heyəti də iştirak etdi. Məktəbin müəllimləri çıxış edərək bu vətəndaş cəmiyyətinin bir daha məktəbin yanında olduğunu bildiriblər. Bu layihənin müsbət qiymətləndirdiynə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına, Agentliyin rəbərliyinə və əməktaşlarına öz təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
Pərvanə Fərhadqızı