Xəbərlər 21.09.2023 18:24 1604

Pensiya və maaşlar nə qədər artırılacaq?

Gələn il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.

QHT.az xəbər verir ki, Maliyyə Naziryliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq: “Bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək. Sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir. Yanvardan etibarən bütün növ əmək pensiyaları indeksasiya olunaraq artırılacaq”.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı