Xəbərlər 22.09.2023 19:01 4233

17 həkim tapa bilmədi, süni intellekt diaqnoz qoydu

Üç il ABŞ-da 17 həkimə müraciət edən yeddi yaşlı Aleksin sağlamlıq probleminə ChatGPT-nin həlli süni intellektin “həkimlik” yolunda olduğunu bir daha ortaya qoydu. Bəs süni intellekt həkimləri əvəz edə bilərmi? 

QHT.az xəbər verir ki, tibb süni intellektin geniş şəkildə istifadə olunduğu sahələrdən biridir. Bu sahədə hər gün yeni bir inkişaf baş verir. Cəmi 4 yaşında ikən xroniki ağrılar yaranan uşaq hər gün ağrıkəsici istifadə etməli olub. Ağrıları başlayandan qısa müddət sonra Aleksin şəxsiyyəti də dəyişməyə başladı. Anası oğlunun "tantrum olan dəli bir insana" çevrildiyini söylədi və əlavə etdi: "O, tapdığı əşyaları da çeynəyirdi". Bunun diş problemi ola biləcəyini düşünən anası onu diş həkiminə aparır. Aleksin damağına genişləndirici yerləşdirildi. Bir müddət sonra Kortni Aleksin bədəninin böyümədiyini görüb. O, dərhal Aleksi pediatrın yanına aparır. Həkim bildirib ki, koronavirus pandemiyası Aleksin inkişafına mənfi təsir edib. O, Aleksi fiziki müalicəyə yönləndirdi, çünki onun ayaqlarında bəzi qeyri-sabitlik var. Aleks getdikcə pisləşən şiddətli baş ağrıları yaşadı. Nevroloq uşaqda miqren olduğunu söylədi. Aleks də yorğunluqla mübarizə aparırdı. Buna görə də o, qulaq-burun-boğaz həkiminə aparılıb, sinus boşluqları və ya tənəffüs problemlərinə görə yuxu problemi olub-olmadığını yoxlamaq üçün aparılıb. Zaman keçdikcə Aleks bir çox həkim tərəfindən bu şəkildə müayinə olunsa da, onun bütün problemlərinin mənbəyi olan xəstəlik tapılmayıb.

Üç illik axtarışdan sonra anası son çarə olaraq süni intellektli ChatGPT söhbət botundan Aleksin vəziyyəti barədə soruşmaq qərarına gəldi. Bütün gecəni kompüter qarşısında keçirən anası Aleksin test nəticələrini sətir-sətir yazıb. Simptomları ChatGPT-ə ətraflı daxil edib. Çatbot cavab verdi ki, bu, “onurğa beyni sindromu” ola bilər. Anası yenidən həkimlərlə görüşüb. Nəhayət, məlum oldu ki, bu xəstəlik onurğada bir və ya bir neçə sümük düzgün formalaşmadıqda baş verir. Xülasə, uşağın onurğasında kiçik bir boşluq var idi. Bu boşluqlar kiçik olduğu üçün sindromun bu versiyasının diaqnozu çətinləşib. Amma süni intellekt çox tez düzgün diaqnoz qoydu.

Aleks indi daha yaxşıdır, amma bütün bunlar ağlımıza aşağıdakı sualı gətirir: "Süni intellekt bir müddət sonra həkimləri üstələyə bilərmi?"

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı