“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi mətbuat konfransı keçirəcək
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihənin sona çatması ilə əlaqədar mətbuat konfransı keçirəcək.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və partlamamış hərbi sursatların yaratdığı problem barədə hesabat hazırlayıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və və partlamamış hərbi sursatların problemlərinin həll olunmasına cəlb etməkdir. Hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları, insanların mina qurbanı olmasının səbəbləri öz əksini tapmıb.
Mətbuat konfransı 26 sentyabr 2023-cü il tarixdə saat 12.00-da Trend İnformasiya Ağentliyinin (Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14, Elmlər Akademiyası metrostansiyası, Moskva Dövlət Universitetinin Bakı filialının binasının yanında) konfrans zalında keciriləcəkdir.
Bütün KİV nümayəndələri dəvətlidir.
Pərvanə Fərhadqızı