Xəbərlər 25.09.2023 14:38 4665

“Ümummilli Lider Heydər Əliyevin İKT strategiyası” adlı kitabın təqdimatı keçirilib - FOTOLAR

Rabitə və İnformasiyaları Mütəxəssisləri İctimai Birliyi tərəfindən Bakı Kitab Mərkəzində  “Ümummilli Lider Heydər Əliyevin İKT strategiyası” adlı kitabın təqdimatı keçirilib.

Birliyin sədri Siruz Abasbəyli QHT.az-a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunur: “Tədbirdə Millət vəkillərindən Qənirə xanım Paşayeva, Aqil Abbas, elmlər doktoru, proffesor Qəzənfər Paşayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıcı publisist Xeyrəddin Qoca, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Misir Mərdanov, BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev və dəvət edilmiş qonaqlar iştirak ediblər”.

Tədbiri açılış nitqi ilə başlayan "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist" Qulu Məhərrəmli layihə haqqında məlumat verərək qeyd edib ki, layihənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini, rabitə, İKT və Rəqəmsal texnologiyaların tətbiqində zamanı qabaqlamasını, hələ 70-80-ci illərdə imzaladığı qərar və göstərişlərin, hələ bu texnologiyaların yaranmasından çox əvvəl uzaqgörənliyini sübut edir: “Onun bu uzaqörənliyini və bu sahəyə olan diqqətini gənc nəslə çatdırmaqdır”.

Sonra layihə rəhbəri Siruz Abasbəyli, Millət vəkillərindən Qənirə xanım Paşayeva, Aqil Abbas, elmlər doktoru, proffesor Qəzənfər Paşayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, yazıcı publisist Xeyrəddin Qoca, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov və BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev Azərbaycan dövlətinin bütün uğurlarının təməlində Ümummilli Lider Heydər  Əliyevin müdrik siyasətindən, ulu öndərin fitri istedadı, idarəçilik məharəti, liderlik keyfiyyətləri ilə təkcə özünə yox, xalqımıza qazandırdığı böyük şərəf, şöhrətdən, milli dövlətçiliyimizin xilaskarı, xalqa qurtuluş gətirmiş rəhbərdən danışıblar, həmçinin kitab haqqında təəssüratlarını və fikirlərini bildiriblər.

Sonda tədbir müzakirələrlə yekunlaşaraq, layihənin rəhbəri Siruz Abasbəyli layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı