Xəbərlər 26.09.2023 01:04 1177

“Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə geniş olacaq” – millət vəkili

“Işğaldan azad olunan Füzuli şəhərində məskunlaşan sakinlərimiz ilə ilk görüşümüzü keçirdik. Yeni qurulan Füzuli şəhərində məskunlaşan hər bir vətəndaşımız öz doğma yurdlarına qayıtmağın sevincini qürurla ifadə edirdilər. Sakinlər dövlət qayğısından razılıqlarını bildirərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun gücünə hər zaman inandıqlarını qeyd ediblər”.

QHT.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, şəhərdə Məşğulluq Agentliyi daxil olmaq fərqli dövlət qurumların nümayəndələri sakinlər ilə mütəmadi görüşlər keçirir onların istəklərini dinləyib lazımi dəstək nümayiş etdirirlər: “Füzuli şəhərdə məskunlaşan vətəndaşlarımızın iş yerləri ilə təmini xüsusi diqqətdədir. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı