Xəbərlər 26.09.2023 18:17 1376

Bu il Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50-dək şəxs peşə-əmək reabilitasiyasına cəlb edilib

Bu il Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50-dək şəxsi peşə-əmək reabilitasiyasına cəlb edib.

 

Agentliyin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzində onlar üçün müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrupu artıq kursları bitirərək müvafiq peşə şəhadətnamələri alıblar. Digərlərinin peşə-reabilitasiya kursları davam edir.

 

Peşə kursu keçən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən 7 nəfəri qardaş Türkiyədə əlilliyi olan şəxslər üçün təşkil olunan peşə dərnəklərində təcrübə kurslarında da iştirak ediblər. Müharibə ilə əlaqədar əlilliyi olan daha 2 müdavimin də gələn ay Türkiyəyə təcrübə kursuna göndərilməsi nəzərdə tutulub. 

 

  Mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı