Bu təlimlər uşaqların fiziki –mənəvi sağlamlığına və inkişafına dəstək verib - FOTOLAR
“Sosial Dayaq” İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabiltasiyanin təşkili” layihəsi artıq başa çatır.
Layihə rəhbəri Qərənfil Niftəliyeva QHT.az- a bildirib ki, layihəni Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib: “Layihə çərçivəsində aşağıdakı mövzularda təlimlər keçirilib.
- Autizm uşağı olan valideyinlərin məlumatlandırılması
- Uşaqlarda əqli və fiziki inkişafın düzgün istiqamətləndirilməsi
- Nitqin inkişafı üzrə təlimlər
- Kiçik motorikanin inkişafı
- Ünsiyyətdə nitqin imkanları
- Fonematik qavramanın inkişafı
- Sujetli şəkillərlə dialoqun qurulması
- yazı və oxu texnikasına hazırlıq
- özünəxidmət bacarıqları və s. bacarıqlar öyrədilib”.
Layihə rəhbəri həmçinin qeyd edib ki, valideyinlərin təlimlərdə iştirakı layihə başa çatdığı zaman onlar mütəxəssis məsləhəti ilə uşaqlarına kömək edə biləcək və öz uşaqları ilə ünsiyyət quracaq, onlara erkən yardım göstərəcəklər: “Uşaqların sağlamlığı məqsədilə dövlət uşaq tibb müəssisələrinin əlçatanlığı təmin olunmuş və uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr yaradılıb. Təlimlər uşaqların fiziki –mənəvi sağlamlığına və inkişafına dəstək verib, onlarda müsbət dəyişikliklərə səbəb olub”.
Pərvanə Fərhadqızı